Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb.

Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

OLAY yazır ki, məsələ bağlı bir çox ictimaiyyət nümayəndəsi paylaşım edib. Belə ki, tibb işçilərinin maaşlarının artırılması sosial mediada rəğbətlə qarşılanıb.

Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Avroviziya qalibimiz Nigar Camal, müğənnilər Roza Zərgərli, Nura Suri, aparıcılar Tarix Əliyev, Zaur-Günay Baxşəliyevlər və Aytən Səfərova bu təşəbbüsə və qərara görə Prezident İlham Əliyevlə Birinci xanım Mehriban Ə