Tanınmış bəstəkar və müğənni Pərviz Mahmudovun fevralın 10-da Heydər Əliyev Sarayında müəllif konserti keçiriləcək.
OLAY yazır ki, 22 illik yaradıcılıq yoluna həsr olunan bu gecədə sənətçinin müəllif mahnılarını Azərbaycanın ən sevilən ulduzları ifa edəcək.
Mahmudov bildirib ki, sənətə ilk addım atdığı gündən bu konserti arzulayıb və artıq həmin arzunu gerçəkləşdirməyin vaxtı çatıb.
Gecədə Xalq artistləri Brilliant Dadaşova, Röya Ayxan, Əməkdar artist Lalə Məmmədova, müğənnilər İradə İbrahimova, Günel Zeynalova, Sevda Yahyayeva, Roza Zərgərli və başqaları iştirak edəcək.