Ədəbiyyat üzrə “Nobel” mükafatına Parkinson xəstəliyi diaqnozu qoyulmuş 76 yaşlı kanadalı yazıçı və şairə Enn Karson layiq görülüb.
OLAY yazır ki, bu barədə Stokholmda “Nobel Komitəsi” məlumat verib.
Komitənin açıqlamasına görə, mükafat Karsona “klassik ənənə ilə yaradıcı dialoq quraraq müasir ədəbiyyat üçün yeni formalar yaradan cəsarətli və novator əsərlərinə görə” təqdim olunub. Həmçinin qeyd edilib ki, yazıçı karyerası boyunca poeziya ilə yanaşı, tərcümə fəaliyyəti ilə məşğul olub və müxtəlif universitetlərdə dərs deyib.
“Nobel Komitəsi” Karsonun aşağıdakı əsərlərini xüsusi vurğulayıb: “Şirin-acı Eros”, “İtirilmişlərin iqtisadiyyatı”, “Qırmızının avtobioqrafiyası”, “Şüşə esse”, “Noks”, “Üzənlər” adlı şeirlər toplusu və “Yanlış norma”.