Türk müğənni Aleyna Tilki qarşıdakı konsertə hazırlıqlar çərçivəsində sıx qrafikindən bəhs edib.
OLAY yazır ki, sosial media hesabında etdiyi paylaşımda gərgin iş rejiminə başladığını bildirən Tilki bu müddətdə yanında olacaq yeni bir dost axtardığını qeyd edib.
Lakin müğənninin axtardığı şəxsin sadəcə yanında olması kifayət deyil. Paylaşımında həmin şəxsdə görmək istədiyi xüsusiyyətləri də sadalayan Aleyna Tilki: yumor hissi olan, empatiya qabiliyyəti yüksək, təbiəti və gəzinti etməyi sevən bir profil təsvir edib.