Bu gün reper Orxan Zeynallı Heydər Əliyev adına Sarayda 3 günlük konsertinə “start” verib.

OLAY-ın məlumatına görə, Orxan gecədə həyat yoldaşından bəhs edib.

Reper ailə üzvləri və dostları arasında baş tutan toy məclisindən söz açaraq həmin gün xanımına yazdığı “Çox sağ ol” mahnısından danışıb.

Orxan “Çox məxfi toyumuz, maşallah 30-40 nəfərin arasında da qaldı, heç kimin xəbəri olmadı. Həmin gün həyat yoldaşıma “Çox sağ ol” adlı mahnı yazmışdım. Mən ona ən çox dediyim ifadədir. Bir də ola bilər ki, “Səni sevirəm” adlı mahnı çıxsın, ikinci yerdə bu gəlir”, - deyə, bildirib.

Qeyd edək ki, Orxan bu gündən başqa noyabrın 29-30 noyabr tarixlərində də Heydər Əliyev adına Sarayda konsert verəcək, biletləri iTicket.az-dan əldə edə bilərsiniz.