Müğənni Ayan Babakişiyeva yeni mahnısı ilə bağlı danışıb.

OLAY yazır ki, o “Gün ortası” verilişində qonaq olarkən bu sözləri deyib:

Sevməməliydim, sən özgə qisməti, sən özgə payı- yəni sən mənə aid deyilsən, bilirəm mən səni sevməməliydim. O demək deyil ki, o başqasının qismətini sevib. O sözlər zatən nakam eşqdən bəhs edir. Bir yaşanmışlıqlar var, bir də peşmançılıq. Bir ifaçı bunu yaşamasa oxuya bilməz. Mən də yaşamışam, oxumuşam. Bunu danmaq qeyri-mümkündür.Düşünürəm ki, ona görə bu qədər sevildi. Bu musiqinin 5 yaşı var, sözlərin 30-a yaxın. Yazılıb, oxuya bilməmişəm. Bəzi yaralar var ki, sağalmır, ona toxunmaq olmaz. Elə insanlar var ki, sən özündən uzaq tutursan. O demək deyil ki, sevmirsən, əksinə sevdiyin üçün uzaq tutursan. Bilirsən ki, o səni qucaqlasa sənə pislik gələcək. Nə olur olsun, mənim tək sevgim var, o da mənim övladımdır. Məni kövrəldən də övladım idi. Mənim yaşadıqlarım var, danmamışam. Amma elə məsələlər var ki, ora toxunmayın. Orda mənim övladım da var”.