Moskva məhkəməsi rusiyalı reper Morgenştern barədə çıxarılan hökmü sərtləşdirib.

OLAY yazır ki, bu barədə Moskva şəhərinin ümumi məhkəmələrinin rəsmi Teleqram kanalı məlumat yayıb. Apellyasiya qərarı ilə əvvəlki hökm dəyişdirilib.

İndi isə, sənətçiyə 8 205 985 rubl məbləğində cərimə təyin edilib və ona 3 il müddətinə internetdə məlumat yerləşdirmə, sayt və kanal idarəetməsi ilə bağlı fəaliyyətlə məşğul olmaq qadağan olunub.

Qeyd edək ki, 2026-cı ilin aprelində məhkəmə reperi “xarici agent” qanunvericiliyini pozduğuna görə 7 milyon rubl cərimələyib.