27 yaşlı müğənni Sabrina Karpenter məhkəməyə müraciət edib.
OLAY yazır ki, müğənni bir müddətdir naməlum bir kişi tərəfindən təqib edilir. Karpenterin sözlərinə görə, son zamanlarda Uillyam Eplgeyt adlı şəxs onun evinə gəlir, qapını zorla açmağa çalışır və mühafizəçilərə onunla tanış olduğunu iddia edir.
Lakin müğənni “Uillyam Eplgeyt mənim üçün tamamilə naməlum insandır. Mən onunla heç vaxt görüşməmişəm və ünsiyyət qurmamışam. Onunla görüşmək və ya danışmaq istəyim yoxdur” deyə bildirib.