İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqında mühüm detallar açıqlanıb.
OLAY yazır ki, istintaq çərçivəsində şübhəli bilinərək test nümunələri alınan məşhurların analiz nəticələri məlum olub.
Məlumata görə, aralarında incəsənət və iş dünyasının tanınmış simalarının da olduğu bir qrup şəxsin test nəticələri pozitiv çıxıb.
Onların sırasında Kenan Doğulu, Enis Arıkan, Berdan Mardini, Ozan Doğulu, Ali Efe Bezci, Oğuzhan Beker İstanbul Cumhuriyet Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı araşdırmalar və hüquqi proses davam edir.