Devid Bekhem oğlu Bruklin Bekhem ilə davam edən ailədaxili münaqişə barədə jurnalistlərin sualını cavablandırmaqdan imtina edib.
OLAY yazır ki, hadisə əfsanəvi futbolçunun “Hollywood Walk of Fame”də ulduz aldığı gün baş verib. Jurnalistlər ailə problemlərinin mediada işıqlandırılmasının onun yaxınlarına necə təsir etdiyini soruşublar. Lakin Bekhem bu mövzuda söhbəti dərhal dayandırıb.
“Düzünü desəm, sözünüzü kəsdiyim üçün üzr istəyirəm, amma bu şəxsi məsələdir. Danışmaq istəmədiyim yeganə mövzu budur” deyə Bekhem bildirib.