Məşhur prodüser Faruk Turgutun İzzet Çapaya verdiyi müsahibə ətrafında yaranan rezonans davam edir.
OLAY yazır ki, son günlər Can Yaman ilə Faruk Turgut arasında qarşılıqlı açıqlamalar və söz atışmaları gündəmdə qalarkən, “Kızılcık Şerbeti” serialında Ömər obrazını canlandıran Barış Kılıç Turguta dəstək verib.
Can Yaman isə Barış Kılıçı nəzərdə tutaraq bu sözləri yazıb: “İndi üç qəpik mənfəət naminə prodüserə dəstək verən aktyorlar peyda olacaq, görəcəksiniz. Biz də vaxtilə onu dürüst və ata kimi qayğıkeş biri hesab edirdik. Ta ki arxamızca nələrin baş verdiyini öyrənənə qədər. Siz isə heç vaxt o qədər pula dəymədiyiniz üçün arxanızca nələrsə edilmədi. Sadəcə qarşınızdakını dürüst sanmısınız... Problem yoxdur, olduğunuz yerdə qalmağa davam edin. Mənim baxdığım yerdən siz zərrə qədər görünürsünüz.”