Gənc artist NURAN günlərdir anonsunu verdiyi mahnısını təqdim edib.
OLAY yazır ki, retro bəstələrə yeni nəfəs verən sənətçi bu dəfə öz mahnısını oxuyub. Elvin Elxanın direktorluğu ilə ərsəyə gələn layihə “Mötəbər” adlanıb.
Rafael Təhməzovun müəllifi olduğu mahnının aranjiman və miks-masterinqi DAHİN-lə Rasim Əsgərova həvalə edilib. Layihə bu günə kimi ölkənin ən populyar simalarına klip çəkən tanınmış rejissor Delee Oruclu tərəfindən lentə alınıb.
Böyük büdcəli ekran işində 30-dan çox kast çəkilib, NURAN üçün xüsusi 90-lar studiyası qurulub, həmin illərə məxsus özəl geyimlər hazırlanıb. Klipdə iki obrazda kamera qarşısına keçən sənətçinin 1990-cı illərin efirindəki çıxışı əks etdirilib.
Layihə üçün sözügedən dövrdə istifadə olunan kameralar gətirilib, xüsusi animasiya yaradılıb.
Mahnı Yutubda və digər musiqi platformalarında yayımlanıb.