Audiovizual Şura Nigar Fərhadın efirdə səsləndirdiyi müzakirəli fikirlərlə bağlı açıqlama yayıb.

OLAY yazır ki, məlumatda bildirilib:

““Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq.  Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və açıqlama veriləcəkdir”.