34 yaşlı futbolçu Neymar və onun nişanlısı 32 yaşlı model Bruna Biankardi üçüncü ortaq qızlarının dünyaya gələcəyini açıqlayıblar.

OLAY yazır ki, gələcək körpənin cinsi cütlük tərəfindən “gender-party” zamanı elan edilib. Çoxuşaqlı ana həmin anların görüntülərini şəxsi bloqunda paylaşıb.

İdmançı üçün bu uşaq artıq beşinci olacaq. Neymarın 14 yaşlı oğlu Davi Lukka Karolina Dantasdan dünyaya gəlib, həmçinin 2024-cü ildə Amada Kimberlidən bir qızı olub. Bundan başqa, onun Mavi və Mel adlı iki qızı da Bruna Biankardidəndir.

Üçüncü arvadından beşinci uşağı olur!