Türk məşhurların test nəticələri hələ prokurorluğa təqdim edilməyib.

OLAY yazır ki, İstanbul Vilayət Jandarma Komandanlığı Narkotik Şöbəsi tərəfindən 19 məşhur şəxs barədə aparılan istintaq çərçivəsində əməliyyatı həyata keçirilmiş və əməliyyat zamanı adı çəkilən şəxslərin saç və qan nümunələri götürülmüşdü.

Keçən cümə axşamı əməliyyatda adı çəkilən şəxslərlə bağlı Adli Tibb İnstitutunun nəticələri yayımlanmışdı.

Lakin vəkil müraciətləri nəticəsində məlum olub ki, bu forensik nəticələr hələ prokurorluğun işinə əlavə edilməyib və UYAP (Milli Hüquq Sistemi) vasitəsilə işə daxil olmaq da mümkün deyil.

19 nəfərdən 8-nin testi pozitiv çıxmış, 4-nün isə yaşıl reseptlə verilən dərman maddələrinin aktiv tərkibi aşkarlanmışdı. Əməliyyatda iştirak edən şəxslər isə Dilan Polat, Engin Polat, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin və Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger və Ceren Moray Orcandır.