Xalq artisti Röya Ayxan müğənni Nərmin Kərimbəyovadan incidiyini bildirib.
OLAY yazır ki, sənətçi bu barədə “Tarixin bir günü” verilişində qonaq olarkən danışıb. R. Ayxan deyib ki, Nərminə övladı ilə bağlı hadisədə kömək edib:
“Çox istədiklərim də var. Nərmin Kərimbəylini çox istəyirəm. Bir problem yaşanmışdı, mən onun problemində onunla birgə iştirak etdim, şəxsən zəng edib qarşı tərəflə telefonda danışmışam, amma Nərmin mənim adımı çəkmədi. İncimədim, hələ də çox istəyirəm onu, amma umdum. Cabir müəllim 2006-cı ildə mənə muğam öyrədib, mən hələ də onun adını çəkirəm. Ölənə qədər hər kəsin əlindən tutacam, hər kəsi sevəcəm. Amma mənim də umduğum şeylər var. Bunları qaçırmasaq, çox sevinərəm”.
Qeyd edək ki, Nərminin qızı fotoqraf Kelvin Qasımovun antikvar avtobusunu zədələməkdə ittiham olunurdu.