Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

OLAY yazır ki, şairin köməkçisi Arif Mehmandost EDnews-a açıqlamasında bildirib ki, hazırda Nəriman Həsənzadənin vəziyyətində əvvəlki günlərlə müqayisədə ciddi müsbət irəliləyiş var.

Onun sözlərinə görə, xalq şairi hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir və müalicəsi davam etdirilir.

“Hazırda vəziyyəti eyni olaraq qalır. Süni tənəffüs aparatına qoşulub. Həkimlərin dediyinə görə, səhhətində müəyyən irəliləyiş müşahidə olunur. Lakin hələlik evə buraxılması və ya palataya köçürülməsi ilə bağlı heç bir söhbət gedə bilməz. Müalicə prosesi davam edir və ümid edirik ki, yaxın günlərdə daha müsbət nəticələr əldə olunacaq”, – deyə Arif Mehmandost bildirib.