Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə OLAY-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vida mərasiminin vaxtı barədə əlavə məlumat təqdim olunacaq.
Mərhum Xalq şairi mərasimdən sonra I Fəxri xiyabanda dəfn ediləcək.