“Survivor 2026”da böyük final başa çatıb və mövsümün qalibi müəyyənləşib.
OLAY yazır ki, finalda Nagihan Karadere ilə Mert Nobre çempionluq uğrunda gərgin mübarizə aparıblar. Böyük həyəcanın yaşandığı finalda ilk raundu Mert Nobre 8:1 hesabı ilə qazanıb. O, ikinci raundda da 8:7 hesabı ilə üstün gələrək gecənin sonunda “Survivor 2026”nın çempionu olub. Nagihan Karadere isə ikinci yeri tutub.
Beləliklə, artıq 5-ci dəfədir yarışmaya qatılan Nagihan Karadere yenə çempion ola bilməyib.