Türk müğənni Demet Akalın sosial şəbəkələrdə yayılan görüntüsü ilə gündəm olub.

OLAY yazır ki, o ötən gün baş tutan Moonlife mükafatlandırma gecəsində “İlin ən yaxşı pop qadın müğənnisi” kateqoriyasında birinci olub və  və Sefo ilə duetləri “Yerinde dur” mahnısı ilin ən yaxşı mahnısı seçilib. Müğənni gecəyə qırmızı rəngli idman dəsti ilə qatılıb. Onun bu görüntüsü sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilməyib. Onlar sənətçinin gecə üçün daha yaxşı hazırlaşmalı olduğunu düşünüblər.