Xalq artisti Miri Yusif möhtəşəm konsert proqramı ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

OLAY yazır ki, sənətçi bu barədə son konsertində açıqlama verib. O bildirib ki, yay mövsümündə paytaxt sakinləri və şəhərimizin qonaqları üçün xüsusi proqram hazırlanır.

Miri Yusif qeyd edib ki, konsert proqramı 3 gün davam edəcək və açıq havada, paytaxtın ən sevilən məkanlarından biri olan Yaşıl Teatr səhnəsində baş tutacaq.

"İyulun 3-4-5-i tarixlərində nəzərdə tutulub. əslində isə 3 gündən çox, yəni 5 gün etmək istəyirik"-deyə bildirib.

Sənətçi vurğulayıb ki, tamaşaçıları həm yeni mahnılar, həm də illərdir sevilərək dinlənilən hitlər gözləyir. Konsert proqramının yaddaqalan şou elementləri və xüsusi səhnə tərtibatı ilə müşayiət olunacağı bildirilir.