Aktyor Tom Holland spirtli içki asılılığı ilə bağlı səmimi etiraflar edib.

OLAY yazır ki, aktyor bildirib ki, 2022-ci ildə spirtli içkidən imtina etməzdən əvvəl bəzən otel otağında qalır, minibarın hamısını boşaldır, ertəsi gün isə işə gedirdi. Həmin dövrdə o, “Spider-Man” filmin’ çəkilirdi.

Holland qeyd edib ki, onun həyatında içki əyləncə və ya Hollivud məclisləri ilə deyil, daha çox tənhalıq hissi ilə əlaqəli olub.