ATV telekanalının ən iri və ən iddialı layihələrindən biri olan “Kəlmə-kəlməyə” meyxana şousu efir həyatına start verib.
OLAY yazır ki, layihənin ilk buraxılışı böyük maraqla qarşılanıb. 16 tanınmış meyxana ustadı hər biri müxtəlif mərhələlərdə söz duellərinə çıxaraq öz məharətini nümayiş etdirəcəyi layihədə rəqiblər bəlli olub:
Vüqar Şiriyev - Ataş Turabov, Vüqar İmamcanov - Şəhriyar Hacıyev, Nəsimi Allahverdiyev -Kamran Quliyev, Pərviz Həşimov - Tərlan Xəlilov, Kərim Kərimli - Teymur Əliyev, Rəşad Həkimi - Cəlil Əliyev, Aydın Hüseynov - Fariz Zeynalov, Elxan Lətifov - Valeh Musayev
İştirakçılara səsvermə m10 platforması üzərindən həyata keçirilir.
Aparıcılığını şoumen Elcan Rəsulovun etdiyi layihənin şərhçiləri “De gəlsin” layihəsinin ilk aparıcısı Emin Əfəndi, meyxana ustadı Mehman Əhmədlidir.
Qeyd edək ki, layihə hər şənbə günü saat 22:00-da ATV-də yayımlanacaq.