“Met Gala” 2027-nin mövzusu elan olunmasından bir ay sonra da müzakirələrə və tənqidlərə səbəb olmaqda davam edir.
OLAY yazır ki, 31 iyulda növbəti tədbirin dizayner Con Qallianoya həsr olunacağı açıqlanıb. 2027-ci ildə Kostyum İnstitutunun yaz sərgisinin adı “Con Qalliano: Üfüqlər” olacaq.
Bu mövzu ətrafında yaranan mübahisələrin səbəbi Con Qallianonun keçmişdə səsləndirdiyi antisemit ifadələrdir. Bu açıqlamalar onun “Dior”dakı işini itirməsinə səbəb olmuş, daha sonra isə Parisdə nifrət zəminində törədilən cinayətə görə məhkum edilməsinə gətirib çıxarmışdı.
Məlumata görə, ictimaiyyətin davam edən tənqidləri fonunda Metropoliten İncəsənət Muzeyinin qəyyumları və idarə heyətinin üzvləri vəziyyətdən yarana biləcək zərəri azaltmağa çalışır və 3 mayda keçirilməsi planlaşdırılan “Met Gala 2027”nin tarixinin dəyişdirilməsi ehtimalını nəzərdən keçirirlər.
“Met Gala” balı ənənəvi olaraq may ayının ilk bazar ertəsi günü keçirilir.