Məşhur amerikalı reper Mystikal bir qadına təcavüz etdiyinə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
OLAY yazır ki, zərərçəkmiş qadın və onun hüquqi nümayəndələri reper üçün mümkün olan ən ağır cəzanın verilməsini tələb ediblər. Sənətçi isə günahını etiraf edib və məhkəmə iclası zamanı zərərçəkmişə belə deyib:
“Əgər mən sizə bunu etmişəmsə, maksimum cəzaya layiqəm.”
Məlumata əsasən, hadisə 2022-ci ildə Luisianada baş verib. Zərərçəkmiş qadın müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.