Məşhur türk influenser Danla Bilic sosial media hesabında etdiyi paylaşımda təcili əməliyyata alındığını açıqlayıb.

OLAY yazır ki, Danla Bilic səhhəti ilə bağlı qısa məlumat verərək bunları yazıb:

“Əvvəlki storidən sonra təcili əməliyyata alındım. Dostlar, hələ heç kimə cavab verə bilməmişəm. Həkimim icazə verdi. Evə qayıtdım. Hadisə tam olaraq eynidir. Şənbə gecəsi qızdırmam qalxdı, səhər oyandığımda isə ayağımın üstünə basa bilmirdim. Az qala infeksiya üzrə mütəxəssis oldum. Artıq hər şeyi başa düşdüm.”

Məşhur bloger təcili əməliyyata alındı!