Aktyor Şaya Labaf bu ilin fevral ayında Nyu-Orleanda sərxoş vəziyyətdə yaratdığı səs-küylə əlaqədar 6 aylıq şərti həbs və 2 illik sınaq müddətinə məhkum edilib.
OLAY yazır ki, bu qərarı Orlean dairəsinin məhkəməsi çıxarıb. 39 yaşlı Şaya Labaf məhkəmə qərarına əsasən uzun illər mübarizə apardığı spirtli içki asılılığından müalicə kursu keçməlidir. Həmçinin ona üç zərərçəkəndən və hadisənin baş verdiyi “Ms. Mae's” bardən uzaq durmaq öhdəliyi qoyulub.
Aktyor özü isə ittihamlarının hər üç bəndi üzrə günahkar olduğunu etiraf edib.