Sevgilisi ilə birlikdə Bodruma yollanan türk aktyor Mert Yazıcıoğlu Zeynep Artukmaç ilə avtomobildə çəkdikləri selfini izləyiciləri ilə paylaşıb.
OLAY yazır ki, vaxtaşırı birlikdə qatıldıqları tədbirlərdə kameralara poz verən cütlük artıq münasibətlərini sosial mediada da açıq şəkildə nümayiş etdirməyə başlayıb.
Xatırladaq ki, Mert Yazıcıoğlu bir müddətdir psixiatr və yazıçı Gülseren Budayıcıoğlunun nəvəsi Zeynep Artukmaç ilə eşq yaşayır.