Mərhum aktrisa Merilin Monronun ölümü ilə bağlı yeni iddialar gündəmə gəlib.

OLAY yazır ki, “FOX” kanalında yayımlanacaq “Celebrity Crime Scene: Marilyn Monroe” adlı proqramda aktrisanın ölümünün rəsmi versiyadan fərqli şəkildə baş vermiş ola biləcəyi irəli sürülür.

Proqramda süni intellekt vasitəsilə Merilin Monronun evinin və hadisə yerinin yeni rekonstruksiyası hazırlanıb. Araşdırmaçılar rəsmi istintaq materiallarını təhlil edərək bir sıra uyğunsuzluqlara diqqət çəkiblər.

Rəsmi məlumata görə, Los Ancelesin Polid Departamenti və məhkəmə-tibbi ekspertiza orqanları aktrisanın dərman vasitəsinin həddindən artıq qəbulu nəticəsində vəfat etdiyini bildiriblər. Lakin proqram müəllifləri yataq otağında su stəkanının olmaması, yataq dəstinin pozulmamış vəziyyətdə qalması və cəsədin yerləşmə formasının rəsmi izahla tam uyğun gəlməməsi kimi məqamları sual altına alırlar.

Bununla belə, bu iddialar hələki televiziya proqramında səsləndirilən fərziyyələrdir və Merilin Monronun ölümü ilə bağlı rəsmi nəticələr dəyişdirilməyib.

Merilin Monronun ölümündəki müəmma… Merilin Monronun ölümündəki müəmma…