Müğənni Mərdan Kazımov (səhnə adı ilə MARDAN) Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində möhtəşəm konsert proqramı ilə çıxış edib.

OLAY yazır ki, rok qrupunun müşayiəti ilə səhnəyə çıxan MARDAN Azərbaycanın klassik retro musiqilərini və estrada mahnılarını müasir pop-rok və etnik elementlərlə sintez edərək “Formula 1” qonaqlarına təqdim edib.

Sənətçi, həmçinin yeni repertuarından nümunələri səsləndirərək tamaşaçılara yaddaqalan və əyləncəli anlar yaşadıb. Onun enerjili çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.