Ötən gün dünyanın gözü Böyük Britaniyada olub.  Belə ki, 96 yaşında vəfat edən Kraliça ll Elizabetin dəfn mərasimi baş tutub.

OLAY yazır ki, 9 saatdan çox bir müddətdə davam edən vida tədbirində ölkə liderləri, mühüm siyasi şəxslər iştirak edib. Həmin gün Krallıq üzvlərinə diqqət isə hər zamanki kimi böyük olub.  

Mərasimin diqqət çəkən simaları isə iki gəlin- Keyt MidltonMeqan Markl olub.  Onların geyim tərzi, davranışları sosial şəbəkələrin gündəmini zəbt edib.  

Kraliçanın dəfnində Diana izləri...Keyt mərasimə daha əvvəl də ağ rəngindən istifadə etdiyi “Alexander Mcqueen” moda evinə məxsus geyimin qarası ilə qatılıb.

Kraliçanın dəfnində Diana izləri... Vanity Fair nəşri yazır ki, Midlton zinət əşyası olaraq dünyasını dəyişən Uels Şahzadəsi Diananın sırğaları və ll Elizabetə məxsus boyunbağıdan istifadə edib. Bildirək ki, Şahzadə Diana toyunda da sözügedən zinət əşyasından istifadə edib. 

Kraliçanın dəfnində Diana izləri...2020-ci ildə Krallıq imtiyazlarından imtina edən Sussex hersoginyası Meqan isə dizayner Stella Mccartneyə aid libasla mərasimdə iştirak edib. Markl zərif görüntüsünü 2018-ci ildə Elizabetin ona hədiyyə etdiyi sırğaları ilə tamamlayıb.

Kraliçanın dəfnində Diana izləri...Meqan ilk dəfə 4 il əvvəl Kraliçanın 92-ci doğum günündə donanmada geyindiyi tünd göy rəngli libası təkrarlayıb.

Kraliçanın dəfnində Diana izləri...

Kraliçanın dəfnində Diana izləri... Kraliçanın dəfnində Diana izləri... Kraliçanın dəfnində Diana izləri... Kraliçanın dəfnində Diana izləri... Kraliçanın dəfnində Diana izləri... Kraliçanın dəfnində Diana izləri... Kraliçanın dəfnində Diana izləri...