“Astanada keçirilən “Silk Way Star” finalında Azərbaycanı münsiflər heyətində təmsil etmək mənim üçün böyük şərəf idi”.
OLAY yazır ki, bu sözləri Avroviziya təmsilçimiz Samirə Əfəndi instaqramda yazıb.
Sənətçi iradlarla bağlı növbəti açıqlamasını yayıb:
“Bu layihənin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikası, Jibek Jolly və Silk Way Star komandasına səmimi təşəkkürümü bildirirəm. Finalçıların hər biri yüksək səviyyəli, istedadlı və səhnə mədəniyyətinə malik ifaçı idi, onların hər biri öz unikal səsi, performansı və yaradıcılığı ilə finala layiq görülmüşdü. Buna görə də 12 ölkədən finala çıxan 7 ölkənin hər birini ən yüksək xal ilə qiymətləndirdim: Çin 12 xal, Ermənistan 12 xal, Gürcüstan 12 xal, Qazaxıstan 12 xal, Malayziya 12 xal, Monqolustan 12 xal, Özbəkistan 12 xal. Bu, hər bir iştirakçının əməyinə və istedadına olan hörmətimin ifadəsidir. Mənim üçün musiqi siyasətdən kənardır və həmişə insanları birləşdirən bir vasitə olaraq qalacaq”.