Türk aktyor Can Yaman İtaliyada keçirilən 10-cu “BCT Festivalı”nda “ən yaxşı beynəlxalq aktyor” mükafatına layiq görülüb.
OLAY yazır ki, mükafatını mərasim zamanı alan aktyor festival çərçivəsində keçirilən söhbət proqramında özü ilə bağlı maraq doğuran sualları cavablandırıb.
İtaliyada geniş bir pərəstişkar kütləsinə sahib olan Can Yaman “İtalyan tamaşaçısı səninlə niyə bu qədər güclü bağ qurdu?” sualını belə cavablandırıb:
“Bunun səbəbini mən də heç vaxt anlamadım. Bu sual mənə bir neçə dəfə verilib, mən də həmişə özümcə fikirlər yürütmüşəm. Bunu əslində tamaşaçılardan soruşmaq lazımdır. Yəni bütün türk aktyorları arasından niyə mənə qarşı bu qədər sevgi göstərildi, bilmirəm. İtalyanca bildiyim üçünmü, onlarla əlaqə qura bildiyim üçünmü? “Məni bu səbəbdən sevirlər” deyə cavab vermək təkəbbürlü bir davranış olar, bunu həqiqətən deyə bilmərəm.”