Aktrisa Kara Delevin cinsi zorakılığa məruz qaldığını etiraf edib.

OLAY yazır ki, o, verilişdə etdiyi açıqlamada keçmişdə yaşadığı təcrübələr barədə danışıb. Delevin həmin dövrdə narkotik maddələrin təsiri altında qeyri-sağlam cinsi təcrübələr yaşadığını və o anlarda bunun öz arzusu olduğunu düşündüyünü, lakin sonradan bunun əslində istəmədiyi vəziyyət olduğunu anladığını deyib.

Model həmçinin bunun niyə baş verdiyi ilə bağlı düşüncələrini də bölüşüb: özünü uzun müddət ifadə edə bilmədiyini, bəzən özünü yalnız cinsi baxımdan “istifadə edilə bilən” biri kimi hiss etdiyini və bunun nəticəsində sərhədlərini qorumaqda çətinlik çəkdiyini vurğulayıb.

“Məndən istifadə etməyə icazə verirdim”