Xalq artisti Naibə Allahverdiyeva efirdə gərgin anlar yaşayıb.
OLAY yazır ki, buna səbəb “Günə uğurla” verilişində qonaq olan zaman aparıcının ona köhnə həyat yoldaşı ilə bağlı suallar verməsi olub. Yenidən barışmağın mümkün olmadığını aktrisa bu sözlərlə dilə gətirib:
“Mən o kitabı bağlamışam. Bu barədə danışılacağını bilsəm efirə gəlməzdim. Mən o keçmişi bağlamışam. O mənim həyatımı məhv edən, illərimi alan bir keçmişdir. Mən çox şey uduzdum bu illər ərzində. Sanki bir qaranlıq dünyada idim. Dəhşətli bir şey idi. Bu sevgi deyildi”.
Qeyd edək ki, aktrisa eks-həyat yoldaşı ona fiziki şiddət göstərdiyi üçün onu polisə şikayət etmişdi.