Türkiyənin məşhur aparıcısı Mehmet Ali Erbil boşanır.

OLAY yazır ki, o 3.5 ay əvvəl Gülseren Ceylan adlı özündən 40 yaş kiçik xanımla ailə qurmuşdu. Türk mediasında yayılan xəbərlərə görə cütlük boşanma prosesi ilə bağlı vəkillərinə baş vurub. Boşanmaqlarının səbəbi kimi isə yaş fərqinə görə yaranan fikir ayrılıqları və mübahisələr göstərilib.