Müğənni Mehin Hümbətova “Sən mənə yetərsən” adlı yeni klipini təqdim edib.
OLAY yazır ki, mahnının söz və musiqisi Fərid Kərimli imzası daşıyır. Aranjiman, mix və mastering işləri Samir Sultanov tərəfindən həyata keçirilib. Layihənin vokal prodüseri isə İsmayıl Əsədov olub.
Klipin kreativ konsepti 25BUREAU tərəfindən hazırlanıb. Ekran işinin rejissorluğunu Zeyn və İlaha Məhərrəmova öz üzərinə götürüb.
Layihə üçün xüsusi dekor qurulub, fərqli obrazlara uyğun geyimlər hazırlanıb və vizual estetika əsas xətt kimi ön planda saxlanılıb.
Klip iki fərqli mərhələdən ibarətdir. İlk hissədə yay ab-havasını əks etdirən rəngarəng və dinamik səhnələr yer alıb. İkinci hissədə isə mahnının emosional yükünə uyğun daha dərin və hissiyyatlı kadrlar lentə alınıb.
Mehin Hümbətova ekran işində bir-birindən fərqli obrazlarla kamera qarşısına keçib.
Sənətçinin stil həlli Turqut Sabirliyə, saç düzümü Fərid Bağırova, makiyajı isə Jalə Heydərə məxsusdur.
Mahnı artistin rəsmi platformalarında dinləyicilərin ixtiyarına verilib.