Fransa polisi “Real Madrid”in hücumçusu Kilian Mbappe və onun anası Fayza Lamariyə korrupsiya işi ilə bağlı aparılan araşdırma çərçivəsində suallar ünvanlayıb.

OLAY yazır ki, şübhələr Fransa millisinin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Məhəmməd Sanhadjinin fəaliyyəti ilə bağlıdır. İstintaqın versiyasına görə, o, Kilianın anasına dörd giriş vizasının qısa müddətdə rəsmiləşdirilməsinə kömək edib. Hüquq-mühafizə orqanlarının ehtimalına əsasən, bunun müqabilində Sanhadji dünya futbolunun ulduzundan 60,3 min avro məbləğində ödəniş alıb.

Hazırda həm Mbappe, həm də Lamari polis bölməsində dindirilib. Lakin onlara qarşı hələlik rəsmi ittiham irəli sürülməyib.

Mbappe və anası rüşvətə görə dindirildi