İş xanımı Aynur Əliyeva “Mazda” markasından şikayətlənib.
OLAY yazır ki, bu barədə o, instaqramda paylaşım edib. A. Əliyeva “story”də bunları yazıb:
“Bu günə qədər heç vaxt belə paylaşımlar etməmişəm… Amma “Mazda” məni buna məcbur etdi. 2 ildir “Mazda servis”dən yeni maşın almışam. Bu 2 il ərzində dəfələrlə maşının qüsuru olub. Hər dəfə servisə qaytarası olmuşam maşını. Son 1 ayda isə maşın tam 4 dəfə evakuatorla servisinə aparılıb. Nə qədər müraciət etsəm də, hər dəfə məni yola veriblər. Biri mənə desin, mən niyə görə hər 2 gündən bir “Mazda Azərbaycan” servisində saatlarla oturub xarab maşının düzəlməsini gözləməliyəm?”.