Dünyaca məşhur müğənni Mayli Sayrus “Vogue France” jurnalının noyabr sayının üz qabığında yer alıb.
OLAY yazır ki, fotosessiya Hollivudun ən məşhur və simvolik məkanlarından biri olan “Chateau Marmont” otelində çəkilib. Mayli Sayrus çəkilişdə “Celine” markasına məxsus pencək, köynək, yun və kaşmir sviter, ipək şalvar, həmçinin qızılı mis üzüklərlə kamera qarşısına keçib.
“Vogue France” jurnalının bu nömrəsi 23 oktyabr tarixindən etibarən köşklərdə və onlayn satışda olacaq.

