Mayli Kruz uzun müddətdir münasibətdə olduğu musiqiçi sevgilisi Maks Morando ilə nişanlanıb.
OLAY yazır ki, onlar ötən gün Los-Ancelesdə keçirilən “Avatar: Fire and Ash” filminin premyerasına birlikdə qatılıb və Maylinin barmağındakı parlaq üzük onların nişanlanması haqda xəbərlərin yayılmağına səbəb olub.
Qeyd edək ki, onlar 2021-ci ildə münasibət yaşamağa başlayıblar və Morando Maylinin həm də musiqi yaradıcılığında tərəfdaşıdır.