Rusiyalı reper Timati mərhum Maykl Ceksona məxsus olmuş “Bugatti” avtomobilini almaq istəyir.
OLAY yazır ki, reper bu arzusunu şəxsi İnstaqram hesabında paylaşaraq izləyicilərinə müraciət edib və onu lazımi şəxslərlə əlaqələndirmələrini xahiş edib: “Uşaqlar, mənə Maykl Ceksonun komandası ilə əlaqə yaratmağa kömək edin. Onun “Bugatti”sini almaq istəyirəm”