62 yaşlı rusiyalı stilist Sergey Zveryov Alla Puqaçova ilə ünsiyyətini Maksim Qalkinin qısqanclığı səbəbindən dayandırdığını açıqlayıb.
OLAY yazır ki, Zveryov “Alla ilə çox yaxın münasibətimiz var idi və bu, Maksın xoşuna gəlmirdi. Alla mənə bir neçə dəfə deyirdi: O, buna görə çox əsəbiləşir. Bir dəfə biz birlikdə bir tədbirə getməli idik, Maksim isə buna görə əsl isterika keçirmişdi. O zaman hər şeyi başa düşdüm və kənara çəkildim” deyə etiraf edib.