Türkiyədə ard-arda baş verən silahlı insidentlərdən sonra seriallardakı şiddət səhnələri müzakirə yaradıb.

OLAY yazır ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat paylaşıb.

Kahramanmaraşdakı hadisə olduğu gün “Yeraltı” və “Eşref Rüya”nın yayımlanmaması bağlanma xəbərlərinə yol açıb.

Lakin iddialar öz əksini tapmayıb. Belə bir vəziyyətdə silahlı səhnələrə düzəliş ediləcəyi bildirilib. Xüsusilə də “Yeraltı”, “Teşkilat”, “A.B.İ”, “Uzak şehir”, “Taşacak bu deniz” seriallarında şiddət səhnələri daha həssaslıqla yazılacaq.