Məşhur türk reper Lvbel C5-ə məhkəmədən ədəbiyyat dərsi cəzası gəlib.

OLAY yazır ki, azərbaycanəsilli reper Alizade ilə birlikdə ifa etdiyi “Kahpe” mahnısının sözlərinə görə aparılan istintaq çərçivəsində reperin Türk ədəbiyyatı üzrə təhsilini davam etdirməsi şərti ilə məhkəmə nəzarətinə götürülməsinə qərar verilib.

Həbs tələbi rədd edilən Lvbel C5-ə əlavə olaraq ölkədən çıxış qadağası qoyulub və həftədə iki gün polis bölməsinə gedərək imza atmaq öhdəliyi tətbiq edilib.

Lvbel C5-ə verilən cəza gündəm oldu