Müğənni Lətifə Soyuöz bir neçə gün əvvəl baş tutan ad günündən paylaşım edib.
OLAY yazır ki, d gününü məkanlardan birində ailəsi və dostları ilə qeyd edən müğənni həmin anları şəxsi instaqram səhifəsində paylaşıb. Lətifə paylaşımına bu başlığı əlavə edib:
“Əzizlərim,doğum günüm münasibətilə göndərdiyiniz bütün təbriklər, gözəl sözlər və diqqətiniz üçün hər birinizə ürəkdən təşəkkür edirəm.
Biz bu gecəni möhtəşəm bir şərab səyahətinə çevirdik. Bordo üzümlərinin zərif dadı, fransız şərablarının incə ətiri, qırmızı və ağ notların bir-birinə keçidi, masamızdakı zeytunların təmiz aroması - hər şey sanki xüsusi bir harmoniya içində idi. Gecəmiz ruhu sakitləşdirən, zövqü oyadan, hər qədəhdə bir sənət nəfəsi olan bir şərab axşamı kimi yadda qaldı. Hər birinizin varlığı bu axşamı daha da dəyərli etdi. Yanımda olanlara, uzaqdan təbrik göndərənlərə, diqqətini, sevgisini bölüşən hər kəsə sonsuz minnətdaram. Bu günüm sizin sayənizdə daha parlaq, daha mənalı oldu.
Hər birinizə ayrıca təşəkkür edirəm - var olasınız”.