Los-Ancelesdə 70 yaşlı Kris Cennerin evinin yaxınlığında televiziya ulduzunu təqib etməkdə şübhəli bilinən 25 yaşlı Zenuilyam Robson saxlanılıb.
OLAY yazır ki, hadisə sentyabrın 7-də axşam saatlarında baş verib. Kişini təhlükəsizlik əməkdaşı görüb və o, Cennerin Santa Monika dağlarındakı evinə yaxınlaşmamış saxlanılıb. Mühafizəçinin sözlərinə görə, Robson daha əvvəl də televiziya ulduzu ilə dəfələrlə əlaqə saxlamağa çalışıb.
Daha sonra Los-Anceles dairəsinin şerif departamentinin əməkdaşları kişiyə qanunsuz olaraq əraziyə daxil olmaq və şəxsi ərazini tərk etməkdən imtina etmək ittihamları irəli sürüblər. Həmin vaxt Cennerin evdə olub-olmadığı məlum deyil.