“BeautyTime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva haqqında səslənən ittihamlara cavab verib.

OLAY yazır ki, bu barədə o, axsam.az-a açıqlama verib.

K. Həmzəyeva bloger Fidan Zeynin və Əfsanə Qasımovanın (Azerina) iddiaları ilə bağlı bunları söyləyib:

“Bu qədər susdum bəsdir. Birləşib mənə qarşı oyun qururlar. Fidanla şərikli biznes açdıq. 130 mindən artıq pul qoydu. İkimiz də pul xərcləyib, moda evi etdik. Pul məkandakı mebellərə, parçalara qoyulub. Xəstəxanada olanda mənə dedi ki, pulumu qaytar. Dedim, xəstəxanadan çıxım, hesablaşarıq. Gedib başqa adamla iş qurub, ona söz verib ki, Könüldən alıb verəcəyəm. Bu işdən hətta gəlir də götürüb. Söz verdim ki, məsələni həll edəcəyəm. Borc nədirsə, qaytaracağam. Mənə demədən gedib polisə şikayət ərizəsi yazıb. Məni canımdan bezdiriblər. Bir biznes qurulubsa, bura pul xərclənibsə, hər iki şərik bərabər hüquqa sahibdir. Mən biznesin arxasından qaçmıram. Onun qoyduğu və götürdüyü pulu hesablayıb, yerdə qalan borcu qaytaracağam. Belə də ki, pul məkandakı mebellərə xərclənib, mebellər də oradadır. Əlimdə o qədər sübutlar var. Daşa, divara, taxtaya qoyulan pulu qaytarmaq üçün vaxt lazımdır. Yalan deyir ki, guya, maşın, torpaq sahəsi satıb”.