"Show TV"nin reytinqli serialı "Kızılcık Şerbeti"nin 5-ci mövsüm çəkilişləri 20 avqustda başlayır.
OLAY yazır ki, ötən mövsümün finalında Sönmez obrazını canlandıran Aliye Uzunatağan müqavilə şərtlərində razılığa gələ bilmədiyi üçün layihədən ayrılmasından sonra komandaya yeni aktrisa daxil olub.
Usta teatr aktrisası Laçin Ceylan Laçin Ceylan serialın heyətinə transfer edilib. O, yeni sezonda Kıvılcımın bibisi Devrim obrazı ilə tamaşaçı qarşısına çıxacaq.