Xaricdə bəzi gənclər arasında diqqət çəkən yeni sosial media trendi ortaya çıxıb.

OLAY yazır ki, daha “kişi kimi” və sərt imic yaratmaq istəyən bəzi şəxslər telefonlarının ekranını qəsdən sındıraraq bu şəkildə istifadə etməyə başlayıblar.

Sosial mediada yayılan görüntülərdə çatlamış ekranlı telefonların daha “maskulin” görünüş verdiyi iddia edilir. Trend qısa müddətdə geniş kütlələrə yayılıb. Mütəxəssislər isə bu cür trendlərin maddi ziyana səbəb ola biləcəyini və sosial medianın təsiri ilə düşünmədən təqlid edilməməli olduğunu bildirirlər.